"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“O Qəhrəman Sənsən” adlı layihəsi çərçivəsində təlim keçirilib

--2017-12-17 / 18:26

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqəsinin qalibi olmuş “O Qəhrəman Sənsən” adlı layihənin təlim keçirilib.

Bu barədə məlumatı layihə rəhbəri verib.

Lahiyənin açılışında vətəni uğrunda şəhid olan ən əsgərlərimiz üçün 1dəqiqəlik sükut olub Tədbiri açan  lahiyə rəhbəri Sənan Məmmədli layihə haqqında ətraflı məlumat verib və fikirlərini bölüşüb, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib.

 Bu nöqteyi-nəzərdən “ O Qəhrəman Sənsən” adlı layihənin aktual olduğunu qeyd edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası müharibə əmək silahlı qüvvələr Veteranlar təşkilatının sədr müavini Polkovnik Cəlil Xəlilov, 39 nömrəli məktəbdə gənclərin çağrışa qədərki hazırlıq rəhbəri Akif Salahov və YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov geniş şəkildə lahiyə haqqında fikirlərini bildiriblər.

Sonda tədbirdə iştirak edən gənclər kofe brekdə iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR